Bələdiyyə sədri: “Kollektivimizin bütün üzvləri daim sakinlərin yanında olmalı, onları dinləməli və problemlərinin həllinə dəstək olmalıdırlar”
“Gündəlik
olaraq vergi ödəyicilərimizi narahat edən məsələləri müzakirə edirik”- bu fikirləri
Belediyye.infoya Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov bildirib.
Sədrin
sözlərinə görə, gündəlik olaraq sakinlərimizi
narahatlıq yaradan məsələlər təhlil edilərək müzakirə edilməsi üçün bələdiyyə
iclasına çıxarılır.
Ərazidə
yaşayan şəhid, qazi və aztəminatlı ailələrin müraicətləri isə daim diqqət mərkəzində
saxlanılır. Xüsusi olaraq bu qrupa aid
oaln insanlara maddi yardımın göstərilıməsi üçün bələdiyyənin mərasim evinə xüsusi
konteynerlər alınmış və alınan ehtiyat ərzaqlar saxlanılır. Müraciət edənlərə komisiya üzvlərinin iştirakıyla
ərzaq payı ayrılır.
Sədrin sözlərinə görə, bələdiyyə kollektivinin bütün üzvləri daim sakinlərin yanında olmalı, onları dinləməli və problemlərinin həllinə dəstək olmalıdırlar.
Belediyye.info
Rəylər
0 Rəy